Digər xidmətlərimiz

Mediasiya, arbitraj və mübahisələrin onlayn həlli xidmətləri ilə yanaşı şirkətimiz mübahisələrin həlli sistemlərinin qurulması, mübahisələrin neytral qiymətləndirilməsi, korporativ mübahisələrin idarə edilməsi və korporativ mübahisələr üzrə barışdırıcı fəaliyyət xidmətləri göstərməkdədir:

1. Mübahisələrin həlli sistemlərinin qurulması

Böyük müəssisələr öz təchizatçıları, müştəriləri, işçiləri və digər şəxslərlə münasibətləri zamanı bir sıra mübahisələrlə üzləşirlər. Belə mübahisələr müəssisələrin külli miqdarda maddi və digər resurslarının xərclənməsi ilə yanaşı, həm də bir çox məsul şəxslərin fəaliyyətinə mane olur, vaxt itkisinə səbəb olur və nəticədə müəssisənin əsas fəaliyyəti bu mübahisələrdən zərər çəkir. Belə mübahisələrin daha optimal, operativ və effektiv həlli məqsədilə şirkətimiz müəssisələrdə mübahisələrin həlli sistemi qura bilər. Belə sistemlər müəssisələrin spesifikası, fəaliyyəti və fəaliyyət göstərdikləri bazar nəzərə alınmaqda qurulur. 
 
Mübahisələrin həlli sistemlərinin qurulması zamanı şirkətimiz öz resursları ilə yanaşı mübahisələrin həlli üzrə Amerika Birləşmiş Ştatlarının ən böyük təşkilatlarından biri olan JAMS təşkilatı ilə əməkdaşlıq edə, onların xidmətlərindən yararlana bilər.

2. Mübahisələrin neytral qiymətləndirilməsi

Hər iki tərəf mövqelərini əks etdirən izahat və sənədləri bizim şirkətə təqdim edərək, şirkətimizin mütəxəssislərinin bununla bağlı rəylərini və işin ehtimal edilən nəticələsi barədə şirkətimizin ekspertlərinin rəyini əldə edə bilərlər.
 
Mübahisələrinin neytral qiymətləndirilməsi xidmətindən istifadə edən tərəflər öz mövqelərinin zəif və güclü tərəfləri barədə daha ətraflı məlumata malik olaraq, mübahisənin məhkəmə perspektivini daha obyektiv qiymətləndirə bilərlər. 

3. Korporativ mübahisələrin idarə edilməsi

Korporativ mühitdə müxtəlif işçilər arasında bir sıra mübahisələr yarana bilər. Belə mübahisələr isə işin axınına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, şirkətə maddi zərər vura bilər. Belə mübahisələrin qarşısını almaq və həll etmək üçün şirkətimiz şirkət rəhbərlərinə və vəzifəli şəxslərə məsləhət xidmətləri göstərir.

4. Korporativ mübahisələr üzrə barışdırıcı fəaliyyət

Korporativ mühitdə müxtəlif idarəetmə orqanları və işçilər arasında bir sıra mübahisələr yarana bilər. Şirkətimiz belə mübahisələrin həlli istiqamətində mübahisə tərəfləri ilə danışıqlar apara, tərəflərin maraqlarını müəyyən edib, digər tərəfə çatdıra, bununla da daha əlverişli işgüzar mühit yarada bilər.

Şirkətimizin təsisçisi və direktoru Ruslan Mirzəyev mübahisələrin alternativ həlli üzrə ekspert olmaqla yanaşı, Harvard Universitetində çətin mübahisələrin həlli ilə bağlı xüsusi treninq keçmişdir. 


ƏLAQƏLİ XƏBƏRLƏR
Ödənişsiz mediasiya həftələri
25 Oct 2020
ARBME şirkəti 2017-ci ilin dekabr ayının 29-nadək ödənişsiz mediasiya həftələri elan edir.
Hakimliyə namizədlər üçün Mübahisələrin Alternativ Həlli Təlimi keçirilmişdir
25 Oct 2020
ABŞ-ın Azərbaycandakı Səfirliyi və ABŞ-ın Kommersiya Departamenti tərəfindən maliyyələşdirilən Mübahisələrin Alternativ Həlli Təlimi 30-31 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçirilmişdir