HAQQIMIZDA
Biz inanırıq ki, tərəflər mübahisələrini özləri həll etdikdə, əldə edilən nəticə hər zaman tərəflər üçün daha faydalı olsun. Bu səbəblə də, tərəflərə danışıqlar aparmaqda köməklik göstərmək və onları mübahisələrin həlli üzrə səmərəli mexanizmlərlə təmin etmək üçün ARBME Mübahisələrin Həlli mərkəzini təsis edilmişdir.
Bizim komandamız
Ruslan Mirzəyev
Direktor, mediator, arbitr
ARBME şirkətinə Ruslan Mirzəyev rəhbərlik edir. Ruslan Mirzəyev mübahisələrin alternativ həlli sahəsində tanınmış ekspertdir. Ruslan Mirzəyev beynəlxalq mediator olmaqla yanaşı beynəlxalq mübahisələrin həllində geniş təcrübəyə malik, ABŞ-ın New-York Ştatı və Azərbaycanda vəkildir. Ruslan Mirzəyevin Azərbaycanın daxili və xaricində 10 ildən çox praktiki-hüquqi təcrübəsi olmaqla yanaşı o, 2008-ci ildən bəri universitetlərdə mübahisələrin alternativ həlli üzrə pedoqoji fəaliyyət ilə məşğuldur.
Beynəlxalq səviyyədə və regionda Mübahisələrin Alternativ Həlli sahəsində sınanmış nəzəri və təcrübi bilikləri ilə Ruslan Mirzəyev beynəlxalq layihələrdə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mübahisələrin alternativ həlli üzrə ekspert kimi çıxış etmişdir. Ruslan Mirzəyev Avropa Şurasının Ədalət Mühakiməsinin Keyfiyyəti üzrə Avropa Komissiyasının işçi qrupunda mediasiya üzrə elmi ekspertdir.
O, həmçinin mediasiya təlimçisidir. Onun arbitrajla bağlı məqalələri bir sıra nüfuzlu beynəlxalq və yerli jurnallarda, o cümlədən arbitraj sahəsində dünyanın ən prestijli nəşrlərindən biri hesab edilən Kluwer Beynəlxalq Arbitraj Jurnalında dərc edilmişdir.
Ruslanın Mübahisələrin Alternativ Həlli sahəsində təcrübəsinə mübahisələrə mediasiyada baxılması, həmçinin beynəlxalq mediator kimi beynəlxalq inkişaf təşkilatları tərəfindən təyin olunmaqla, ictimai əhəmiyyətli mübahisələrə mediasiyada baxılması və beynəlxalq arbitraj işlərində müştərilərin təmsil olunması daxildir.
Ruslan Mirzəyev Bakı Dövlət Universitetinin hüquq üzrə bakalavr dərəcəsinə, Beynəlxalq Kommersiya Arbitrajı üzrə Stokholm Universitetinin və Beynəlxalq və Müqayisəli Hüquq üzrə isə Corc Vaşinqton Universitetinin magistratura dərəcələrinə yiyələnmişdir.
Alidə Mahmudova
Mediator, arbitr
Alida Mahmudova Azərbaycan Respublikasında mübahisələrin alternativ həlli sahəsində ən təcrübəli mütəxəssislərdən biri olmakla, peşəkar arbitr və mediatordur. O, bir sıra beynəlxalq mediasiya və arbitraj təşkilatlarının üzvü, arbitrı və mediatorudur. Mübahisələrin alternativ həlli sahəsində 14, ümumilikdə isə 20 ilə yaxın praktiki-təcrübəyə malik olmaqla Alida Mahmudova Dünya Bankı, Beynəlxalq Maliyyə Təşkilatı, Avropa İttifaqı kimi qurumların maliyə yardımı ilə mübahisələrin alternativ həlli üzrə məlumatlılığın artırılması, mili qanunvericiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən bir sıra layihələrdə iştirak etmişdir.
Alida Mahmudova ölkə daxilindəki fəaliyyəti ilə yanaşı Ukrayna və Polşa kimi Şərqi Avropa ölkələrində də müəyyən müddət fəaliyyət göstərmişdr.
Alida Mahmudova Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalvr və magistr dərəcələrinə, Belarusiya Dövlət Universitinin isə hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir.
Qasım Şalıyev
Mediator
Qasım Şalıyev Azərbaycan Respublikasında fəaliyyət göstərən mediatordur. Onun kommersiya hüququ, ailə hüququ, korporativ əməliyyatlar, iflas, qanunvericiliyə uyğun fəaliyyət, vergi, tikinti, lisenziyalar, ipoteka kreditləri və digər sahələrdə 15 ildən çox praktiki təcrübəsi var.
Qasım Şalıyev Avropanın ən böyük mediasiya təşkilatlarından biri olan ADR Centre tərəfindən təşkil edilən mediasiya təlimi keçmişdir.
Qasım Şalıyev Ankara Universiteindən hüquq üzrə bakalar dərəcəsinə malikdir.
Əlavə: info@arbme.org
ƏLAQƏLİ XƏBƏRLƏR
Ödənişsiz mediasiya həftələri
23 Jan 2021
ARBME şirkəti 2017-ci ilin dekabr ayının 29-nadək ödənişsiz mediasiya həftələri elan edir.
Hakimliyə namizədlər üçün Mübahisələrin Alternativ Həlli Təlimi keçirilmişdir
23 Jan 2021
ABŞ-ın Azərbaycandakı Səfirliyi və ABŞ-ın Kommersiya Departamenti tərəfindən maliyyələşdirilən Mübahisələrin Alternativ Həlli Təlimi 30-31 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçirilmişdir