MEDİASİYA

Niyə mediasiya?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:

Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.

Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.

Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.

Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.

Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

Mediasiyanın bu üstünlüklərini müştərilərimizə təqdim etmək üçün şirkətimiz mediasiya xidmətləri təklif edir. Əgər hər hansı tərəflə mübahisəniz mövcuddursa və həmin mübahisənin məhkəmə ilə həllində müxtəlif səbəblərə görə maraqlı deyilsinizsə, belə mübahisəni mediasiyaya yönəldə bilərsiniz. Mübahisənizi mediasiyaya yönəltmək üçün digər tərəflə razılığa gələrək, birlikdə bizə müraciət edə bilərsiniz. Əgər digər tərəflə əlaqə saxlamaqda və ya razılaşmaqda hər hansı bir problem və ya narahatlıq mövcuddursa, bizə digər tərəfin məlumatlarını təqdim edərək, digər tərəflə bizim əlaqə saxlamağımızı təklif edə bilərsiniz.

Əgər yuxarıda qeyd edilən hər hansı bir məsələ ilə bağlı hər hansı sualınız varsa, xahiş edirik, info@arbme.org email ünvanına müraciət edəsiniz.

ƏLAQƏLİ XƏBƏRLƏR
Ödənişsiz mediasiya həftələri
10 Aug 2020
ARBME şirkəti 2017-ci ilin dekabr ayının 29-nadək ödənişsiz mediasiya həftələri elan edir.
Hakimliyə namizədlər üçün Mübahisələrin Alternativ Həlli Təlimi keçirilmişdir
10 Aug 2020
ABŞ-ın Azərbaycandakı Səfirliyi və ABŞ-ın Kommersiya Departamenti tərəfindən maliyyələşdirilən Mübahisələrin Alternativ Həlli Təlimi 30-31 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçirilmişdir
ArbMe Mübahisələrin Həlli mərkəzi Topçubaşov Arbitraj Müsabiqəsinin ilk partnyorudur
10 Aug 2020
ArbMe Mübahisələrin Həlli mərkəzi Topçubaşov Arbitraj Müsabiqəsinin ilk partnyoru olaraq müsabiqənin keçirilməsinə dəstək göstərəcəkdir