ARBİTRAJ

Nəyə görə arbitraj?

Arbitraj mübahisələrin alternativ həlli üsullarından biridir. Kommersiya mübahisələrinin həlli sahəsində arbitraj əsas mübahisə həlli metoduna çevrilmişdir. Arbitrajın belə sürətlə inkişafının və populyarlaşmasının əsas səbəbləri və arbitrajın üstünlükləri aşağıdakılardır:

  1. Arbitraj zamanı tərəflər istədikləri və öz tələblərinə cavab verən arbitrı (münsifi) seçir. Bu, tərəflərə aralarındakı mübahisəni həll etmək səlahiyyətini daha çox etibar etdikləri, həmçinin, mübahisəni tənzimləyən hüquq sahəsində ixtisaslaşmış şəxslərə həvalə etmək imkanı yaradır. Əlavə olaraq, tərəflər arbitraj prosesinin gedişatını, qaydasını və bir çox digər detalları özləri müəyyən edirlər.
  2. Xarici tərəflər adətən cavabdeh tərəfin ölkəsində yerləşən məhkəmələrdə mübahisələrinin həllinə üstünlük vermirlər. Bu baxımdan, arbitraj tərəflərə mübahisələrin həlli üçün hər iki tərəfin məhkəmələrindən fərqli olan üçüncü ölkədə mübahisələrini həll etməyə imkan verir.
  3. Arbitraj məhkəmə mühakiməsindən fərqli olaraq, bir mərhələdən ibarətdir. Ciddi prosessual pozuntular yoxdursa, arbitrlar tərəfindən qərar qəbul edildikdən sonra tərəflər adətən daha yuxarı instansiyalara müraciət edərək, prosesi uzada bilmirlər.
  4. Məhkəmə qərarlarından fərqli olaraq, qüvvədə olan beynəlxalq sazişlərə görə arbitraj qərarları daha çox ölkələrdə tanınır. Yəni, siz əldə etdiyiniz arbitraj qərarını məhkəmə qərarından fərqli olaraq, təxminən 150 ölkədə tanıtdırıb, icrasını tələb edə bilərsiniz.
  5. Arbitraj əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.  

Arbitrajın bu üstünlüklərini müştərilərimizə təqdim etmək üçün şirkətimiz BMT-nin Beynəlxalq ticarət hüququ komissiyasının (UNCİTRAL) Arbitraj qaydalarına əsasən beynəlxalq arbitraj xidmətləri təklif edir. Əgər aşağıdakılardan hər hansı bir tələbə cavab verirsinizsə, Siz bizim kommersiya mübahisələrinizin həlli üzrə arbitraj xidmətlərimizdən istifadə edə bilərsiniz:

(i) mübahisənin tərəfləri ayrı-ayrı dövlətlərdə yerləşirlər;

(ii) mübahisənin bütün tərəfləri Azərbaycan Respublikasının hüdudları kənarında yerləşir;

(iii) müqavilənin əsas hissəsinin icra edilməli olduğu hər-hansı yer və yaxud mübahisəli predmetin sıx əlaqəli olduğu yer xarici dövlətdədirsə.

Gələcəkdə yarana biləcək mübahisələrinizin həlli qaydasını əvvəlcədən müəyyən etmək məqsədilə bağladığınız müqavilələrdə aşağıdakı qeyd-şərtdən istifadə etməyinizi tövsiyə edərdik:

“Hazırkı Müqavilə, o cümlədən onun icra edilməməsi, xitamı və ya etibarsızlığı ilə bağlı yaranmış hər hansı mübahisə, anlaşılmazlıq və iddia BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasının (UNCİTRAL) Arbitraj Qaydalarına əsasən Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən arbitraj vasitəsilə həll ediləcəkdir. Arbitraj Qaydalarında istinad edilən təyinedici orqan səlahiyyətlərini Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş “ARBME” MMC (VÖEN: 1304846341) həyata keçirəcəkdir.”

Arbitraj sazişinin tərtib edilməsi ilə bağlı şirkətimiz ödənişsiz məsləhət xidmətləri göstərməkdədir. Əgər yuxarıda qeyd edilən hər hansı bir məsələ ilə bağlı hər hansı sualınız varsa, xahiş edirik, info@arbme.org  email ünvanına müraciət edəsiniz. 


ƏLAQƏLİ XƏBƏRLƏR
Hakimliyə namizədlər üçün Mübahisələrin Alternativ Həlli Təlimi keçirilmişdir
10 Aug 2020
ABŞ-ın Azərbaycandakı Səfirliyi və ABŞ-ın Kommersiya Departamenti tərəfindən maliyyələşdirilən Mübahisələrin Alternativ Həlli Təlimi 30-31 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçirilmişdir
ArbMe Mübahisələrin Həlli mərkəzi Topçubaşov Arbitraj Müsabiqəsinin ilk partnyorudur
10 Aug 2020
ArbMe Mübahisələrin Həlli mərkəzi Topçubaşov Arbitraj Müsabiqəsinin ilk partnyoru olaraq müsabiqənin keçirilməsinə dəstək göstərəcəkdir