Mübahisələrin onlayn həlli

Bir sıra hallarda tərəflər müxtəlif səbəblərdən fiziki iştirakları olmadan aralarındakı mübahisələri həll etmək və ya müəyyən digər xidmətlərdən istifadə etmək istəyirlər. Məsələn, belə səbəblərə aşağıdakılar aid ola bilər:

  1. Tərəflər fərqli ölkələrdə və ya eyni ölkə daxilində olsa da, uzaq məkanlarda yerləşdiklərinə görə eyni məkanda görüşmələri qeyri-mümkün ola bilər.
  2. Tərəflər işlərindən ayrılıb, bütün günlərini arbitraj, mediasiya və ya mübahisələrin həlli ilə bağlı digər xidmətlərə sərf etməkdə maraqlı olmaya bilərlər.
  3. Müəyyən hallarda tərəflər özlərini onlayn mühitdə fiziki görüşlə müqayisədə daha rahat və sərbəst hiss edə bilərlər.
  4. Tərəflər qarşı tərəflə üzləşmək istəməyə bilərlər və bu səbəblə də onlayn xidmətlərə üstünlük verə bilərlər.

Qeyd edilən problemləri nəzərə alaraq, şirkətimiz bütün xidmətlərini həmçinin onlayn göstərir. Belə ki, tərəflər ofisimizə gəlmədən, xidmətlərimizdən aşağıdakı qaydada yararlana bilərlər:

(i) Onlayn mediasiya. Şirkətimiz onlayn görüntü vasitəsilə (Skype) və ya yazışma ilə mediasiya xidmətləri təklif edir. Belə ki, hər hansı bir tərəf digər tərəflə üzləşmədən bizim vasitəmizlə digər tərəflə əlaqə yaradıb, danışıqlar apara, aralarındakı mübahisəni həll etməyə çalışa bilər.

(ii) Onlayn beynəlxalq arbitraj. Xarici ölkədən aşağı qiymətli bir mal alışı və ya xidmət göstərilməsi zamanı tərəflər arasında mübahisə yaranarsa, tərəflər beynəlxalq arbitraj xidmətindən istifadə etməkdənsə, daha az xərc və resurs tələb edən onlayn arbitraj xidmətinə müraciət edə bilərlər. Bununla bağlı, tərəflər arasında imzalı arbitraj sazişi mövcuddursa, tərəflər eyniləşdirildikdən sonra şirkətimiz arbitraj xidməti göstərə bilər. Bu zaman tərəflər arbitrı təyin edir, öz arbitraj iddialarını və arbitraj iddiasına cavabı elektron qaydada bizim arbitra təqdim edir, ehtiyac yaranarsa, electron konfrans formasında müəyyən iclas keçirilir və arbitr müvafiq arbitraj qərarını qəbul edir. Bu qərarı təxminən 150 ölkədə tanıtdırıb, icrasını tələb edə bilərsiniz.

Onlayn beynəlxalq arbitraj xidmətindən istifadə etmək üçün aşağıdakı şərtlərin hər hansı biri mövcud olmalıdır:

  • mübahisənin tərəfləri ayrı-ayrı dövlətlərdə yerləşirlər;
  • mübahisənin bütün tərəfləri Azərbaycan Respublikasının hüdudları kənarında yerləşir; və ya
  • müqavilənin əsas hissəsinin icra edilməli olduğu hər-hansı yer və yaxud mübahisəli predmetin sıx əlaqəli olduğu yer xarici dövlətdədirsə.

(iii) Mübahisələrinin neytral qiymətləndirilməsi. Hər iki tərəf mövqelərini əks etdirən izahat və sənədləri email ilə bizim şirkətə təqdim edərək, şirkətimizin mütəxəssislərinin bununla bağlı rəylərini və işin ehtimal etdikləri nəticəsi barədə rəylərini əldə edə bilərlər.

(iv) Korporativ mübahisələrin idarə edilməsi. Korporativ mühitdə müxtəlif işçilər arasında bir sıra mübahisələr yarana bilər. Belə mübahisələr isə işin axınına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, şirkətə maddi zərər vura bilər. Belə mübahisələrin qarşısını almaq və həll etmək üçün şirkətimiz şirkət rəhbərlərinə və vəzifəli şəxslərə məsləhət xidmətləri göstərir. 

Əgər yuxarıda qeyd edilən hər hansı bir məsələ ilə bağlı hər hansı sualınız varsa, xahiş edirik, info@arbme.org email ünvanına müraciət edəsiniz.

ƏLAQƏLİ XƏBƏRLƏR
Ödənişsiz mediasiya həftələri
25 Oct 2020
ARBME şirkəti 2017-ci ilin dekabr ayının 29-nadək ödənişsiz mediasiya həftələri elan edir.
Hakimliyə namizədlər üçün Mübahisələrin Alternativ Həlli Təlimi keçirilmişdir
25 Oct 2020
ABŞ-ın Azərbaycandakı Səfirliyi və ABŞ-ın Kommersiya Departamenti tərəfindən maliyyələşdirilən Mübahisələrin Alternativ Həlli Təlimi 30-31 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçirilmişdir