ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir

Dünyada mübahisələrin barışıqla həllini təşviq edən yeni beynəlxalq fond, Weinstein Beynəlxalq Fondu 2018-ci ildə təsis edilmişdir. Artan beynəlxalq mübahisələrə və çətinliklərə cavab olaraq, Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür. 

Mübahisələrin həlli sahəsində dünyanın ən təcrübəli mütəxəssisləri və mediatorları tərəfindən təsis edilən və peşəkar mediatorları özündə birləşdirən Fond mediasiya təlimlərini təbliğ edir və icmalara öz mübahisələrini həll etməyə köməklik göstərir. 

ABŞ-ın Kaliforniya ştatı, San Fransisko şəhərində baş ofisi yerləşən Fond mübahisələrin həllində ixtisaslaşmış beynəlxalq ekspertlər şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. 

ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru Ruslan Mirzəyev Weinstein Beynəlxalq Fondu tərəfindən Azərbaycan üzrə aparıcı ekspert olaraq təyin edilmişdir.  

Mənbə: https://www.weinsteininternational.org

ƏLAQƏLİ XƏBƏRLƏR
Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı
10 Aug 2020
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilməsii nəzərdə tutulur.
ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir
10 Aug 2020
Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür