Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı

ArbMe Mübahisələrin Həlli Mərkəzi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirməyi nəzərdə tutur.  Konfransda 100 nəfərdən çox yerli və xarici iştirakçıların, o cümlədən, ABŞ və Avropanın aparıcı mediasiya təşkilatlarının və digər beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.

Konfrans panel müzakirələr konsepti üzərində qurulacaqdır. Panelistlər ABŞ-ın və Avropanın ən aparıcı mübahisələrin həlli mərkəzlərinin mediatorları və mübahisələrin həlli üzrə ekspertləri olacaqdır. Konfransın səhər sessiyası (09:30-12:30) sahibkarlar, şirkət rəhbərləri və kommersiya şirkətlərinin hüquqşünasları, günorta sessiyası (14:00:17:30) isə vəkil və hüquqşünaslar üçün nəzərdə tutulmuşdur. 

Səhər sessiyası zamanı mediasiya barədə ümumi müzakirələr, işin mediasiyaya yöməltməyin üstünlükləri və çatışmazlıqları və şirkətlər üçün mediasiyanın və mübahisələrin həlli sisteminin qurulmasının faydaları barədə panel müzakirələri aparılacaqdır. Günorta sessiyası zamanı isə işlərin mediasiyaya yönəldilməsi barədə təqdimat və vəkillər tərəfindən tərəflərin mediasiyada təmsil edilməsi barədə müzakirələr aparılacaq, mediasiyanın vəkillər üçün faydaları müzakirə ediləcəkdir.

ƏLAQƏLİ XƏBƏRLƏR
Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı
10 Aug 2020
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilməsii nəzərdə tutulur.
ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir
10 Aug 2020
Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür