Azərbaycanda "Mediasiya haqqında" Qanun qəbul edilmişdir


Azərbaycan Respublikasında 29 mart 2019-cu il tarixdə "Mediasiya haqqında" Qanun qəbul edilmişdir. Qanun UNCITRAL Model Mediasiya Qanunu və CEPEJ tövsiyələrinin prinsipləri əsasında hazırlanmışdır. 

Qanun mülki, iqtisadi, əmək, ailə və inzibati mübahisələrə münasibətdə mediasiyanın tətbiqini nəzərdə tutur.  Qanun 1 iyul 2020-ci il tarixindən etibarən ailə, əmək və iqtisadi mübahisələrdə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın tələb edilməsini nəzərdə tutur. 

Qanun mediasiyaya işlərin necə yönəldiləcəyini də tənzimləyir. Məcburi ilkin mediasiya sessiyasında iştirakla yanaşı, tərəflər könüllü şəkildə və ya qarşılıqlı razılıq əsasında hakimin tövsiyəsi ilə mediasiyaya müraciət edə bilər. 

ƏLAQƏLİ XƏBƏRLƏR
Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı
25 Oct 2020
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilməsii nəzərdə tutulur.
ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir
25 Oct 2020
Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür