Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir
Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir.
Mediasiya üzrə Sinqapur Konvensiyası kimi də bilinən “Mediasiya yolu ilə əldə olunmuş beynəlxalq barışıq sazişləri üzrə” Birləşmiş Millətlər Təşkilatının Konvensiyası BMT Baş Assambleyası tərəfindən 20 dekabr 2018-ci il tarixində qəbul edilmiş və 7 avqust 2019-cu il tarixdə Sinqapurda imzalanmağa açıq elan edilmişdir. Konvensiya ABŞ, Belarus, Gürcüstan, Türkiyə, Hindistan, Çin, Ukrayna, İran və İsrail kimi ölkələr də daxil olmaqla 46 ölkə tərəfindən imzalanmışdır.
Konvensiyanın əsas məqsədi mediasiya yolu ilə əldə olunmuş barışıq sazişlərinin icrasını asanlaşdırmaqdır. Konvensiyada barışıq sazişlərinin icarısının sadələşdirilmiş mexanizmi müəyyən edilir. Konvensiya istehlak, vərəsəlik və əmək hüquqi münasibətləri üzrə əldə olunmuş barışıq sazişlərinə tətbiq edilmir.