Mediasiya üzrə Sinqapur Konvensiyası

Mediasiya üzrə Sinqapur Konvensiyası imzalanmağa açıq elan edilmişdir.

Mediasiya üzrə Sinqapur Konvensiyası kimi də bilinən “Mediasiya yolu ilə əldə olunmuş beynəlxalq barışıq sazişləri üzrə” Birləşmiş 
Millətlər Təşkilatının Konvensiyası BMT Baş Assambleyası tərəfindən 20 dekabr 2018-ci il tarixində qəbul edilmiş və 7 avqust 2019-cu il tarixdə Sinqapurda imzalanmağa açıq elan edilmişdir. Konvensiya ABŞ, Belarus, Gürcüstan, Türkiyə, Hindistan, Çin, Ukrayna, İran və İsrail kimi ölkələr də daxil olmaqla 46 ölkə tərəfindən imzalanmışdır.

Konvensiyanın əsas məqsədi mediasiya yolu ilə əldə olunmuş barışıq sazişlərinin icrasını asanlaşdırmaqdır. Konvensiyada barışıq sazişlərinin icarısının sadələşdirilmiş mexanizmi müəyyən edilir. Konvensiya istehlak, vərəsəlik və əmək hüquqi münasibətləri üzrə əldə olunmuş barışıq sazişlərinə tətbiq edilmir.

ƏLAQƏLİ XƏBƏRLƏR
Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı
25 Oct 2020
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilməsii nəzərdə tutulur.
ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir
25 Oct 2020
Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür