Mediatorumuz Ruslan Mirzəyev CEPEJ-in mediasiya üzrə elmi esperti təyin edilmişdir

23 yanvar 2020-ci il tarixində Strazburqda baş tutan 35-ci iclasında, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyası (CEPEJ) işçi qrupların üzvlərinin təyin edilməsi barədə qərar qəbul etmişdir. 

Bizim mediator Ruslan Mirzəyev CEPEJ-in işçi qruplarının birində mediasiya üzrə elmi ekspert təyin edilmişdir.  

Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyasına (CEPEJ) Avropa Şurasının alətlərinin tətbiqinin təşviqi məqsədilə, Şuraya üzv olan dövlətlərdə istifadə edilməsi üçün konkret tövsiyələr vermək səlahiyyəti verilmişdir. CEPEJ Şuraya üzv olan dövlətlərdən təyin edilmiş,  ədalət mühakiməsinin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində çalışan yüksək ixtisaslı ekspertlərdən ibarətdir.  

Ruslan Mirzəyevin bu etimadı yüksək səviyyədə doğruldacağına inanırıq.  

ƏLAQƏLİ XƏBƏRLƏR
Kommersiya Mediasiyası və Mübahisələrin Həlli Sisteminin Qurulması Konfransı
25 Oct 2020
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi və Azərbaycandakı Amerika Ticarət Palatasının (Amcham) informasiya dəstəyi ilə 10 yanvar 2019-cu il tarixində Hyatt Regency otelində “Kommersiya mübahisələrinin həlli sahəsində mediasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilməsii nəzərdə tutulur.
ArbMe Mübahisələrin Həlli Mərkəzinin direktoru beynəlxalq fondun aparıcı mütəxəssisi təyin edilmişdir
25 Oct 2020
Weinstein Beynəlxalq Fondu dünyada mediasiyanı və barışıqla mübahisələrin həllini təbliğ etmək məqsədi güdür